Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:38

AzadlıqLive - Dünyada və Azərbaycanda baş verən hadisələr

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

15:23 1.5.2015

Havay adalarındakı lava gölü bir əsrdən bəri ilk dəfə daşıb

Havay adalarındakı lava gölü bir əsrdən bəri ilk dəfə daşıb
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Yüz ildə ilk dəfə baş verən hadisəni izləmək və lentə almaq üçün dağa minlərlə adam yığılıb.

Geoloqlar deyir ki, son 24 saat ərzində Kilauea vulkanı 3 dəfə daşıb.

Lavanın səviyyəsi son bir həftədə artıb. Bu da həmin əraziyə minlərlə insanı gətirib.

Hadisə aprelin 29-da Havay adalarındakı Kilauea dağında olub. Vulkan yerdən 4000 metr hündürlükdədir. Kilauea dağı vulkan Havay adalarında ən aktiv olanıdır. Yanar dağ ötən ilin 80-cı illərindən bəri aktivləşib. Bu vulkan dağın təpəsindəki kraterdə yerləşir. Yəni Hər zaman aktivdir, ancaq püskürmür. Vulkanın bir neçə ağzı var.

14:57 1.5.2015

Tofiq Yaqublu həbsxanaya qayıdıb - foto

Qızı Nərgiz Yaqublunun vəfatına görə həbsxanadan 1 həftəlik buraxılan Müsavat başqanının müavini Tofiq Yaqublu bugün həbsxanaya qayıdıb.

22:29 30.4.2015

Mingəçevirdə həkimlərdən Avropa Oyunlarına pul yığılır?

Mingəçevirdə həkim işləyən bir nəfər AzadlıqRadiosundan adının çəkilməməsi xahişi ilə baş verənləri işıqlandırmağı xahiş edib. O, deyir ki, yerli Səhiyyə İdarəsinin rəhbərliyinin göstərişi ilə hər kəsdən pul yığılır:

“Hər şöbəyə kollektivdən aslı olaraq 2-5 min manat haqq qoyublar. Baş həkimlər də hər kəsdən 100-500 manat pul alır. Altdan-altdan da belə şaiyə yayıblar ki, pul verməyənlər ixtisar olunacaq. Çünki bu yaxınlarda Mingəçevirdə bütün xəstəxanalar və şöbələr Mingəçevir Mərkəzi Xəstəxanasına birləşdirildi. Tibbi heyətin sayı o qədər çoxdur ki, bəzi şöbələrdə həkimlərə oturmağa otaq da çatışmır. Onlar da işlərini itirməmmək üçün tələb olunan pulu verməyə məcbur qalır. Başqa əlacları yoxdur. Elə işçilər var ki, gündə evə 1-2 manat belə apara bilmir”.

Daha ətraflı oxumaq üçün bura daxil ol

Davamı

XS
SM
MD
LG