Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:31

AzadlıqLive - Dünyada və Azərbaycanda baş verən hadisələr

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə


00:12 2.5.2015

Vəfa Quluzadə vəfat edib

APA-nın xəbərinə görə, 75 yaşlı Vəfa Quluzadənin səhhəti mayın 1-də qəflətən pisləşib və onu xilas etmək mümkün olmayıb.

Vəqa Quluzadə Azərbaycanın müstəqilliyinin ilk illərində ölkənin xarici siyasətini formalaşdıran şəxslərdən biri olub.

O, 1990-cı ildə SSRİ səfirliyində məsləhətçi kimi çalışdığı Əlcəzairdən Azərbaycana qayıdıb. Azərbaycan Respublikasının xarici siyasət üzrə dövlət müşaviri təyin edilib. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olub.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak edib. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik edib, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak edib.

Vəfa Quluzadə Azərbaycanın ən təcrübəli şərqşünaslarından biri idi. O, bir müddət Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, daha sonra filologiya elmləri namizədi elmi adı alıb.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlayıb. 1973-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb. Sonradan SSRİ-nin xarici ölkələrdəki səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.

21:16 1.5.2015

AzadliqLive 1 May - Konvertdə maaş, gömrükdə şampun 7 dəfə ucuz sənədləşdirilir

20:00 1.5.2015

Türkiyədə polislə nümayişçilər toqquşub- [fotolar]

Mayın 1-də Avropa və bütün dünya boyu zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü münasibəti ilə kütləvi nümayişlər keçirilib. Həmkarlar ittifaqları və fəalların təşkil etdikləri aksiyalar ümumilikdə sakit keçib.

Amma Türkiyədə polislə nümayişçilər arasında kəskin toqquşmalar olub.

Buna səbəb hakim dairələrin İstanbulun Taksim meydanında nümayişə qadağa qoyması olub.

Əraziyə minlərlə polis cəlb edilib.

18:59 1.5.2015

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG