Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:19

Şahbaz Quliyev Xankəndində əməliyyat olunub


Şahbaz Quliyev
Şahbaz Quliyev

-

Ermənistanın girov götürdüyü azərbaycanlı Şahbaz Quliyev Xankəndində əməliyyat olunub.

«Kavkazski uzel» portalı belə yazır.

Portalın yazdığına görə, «Helsinki təşəbbüsü-92» təşkilatının əməkdaşları Xankəndindəki xəstəxanalardan birində Şahbaz Quliyevə baş çəkib.

Məlumata görə, onun öd kisəsi sancısı tutub.

Şahbaz Quliyev və digər iki azərbaycanlı - Dilqəm ƏsgərovHəsən Həsənov bu ilin iyulunda Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna səfər ediblər. Onlar rayonda olan ata-babalarının məzarını ziyarət etmək istədiklərini bildiriblər.

Səfər zamanı Həsən Həsənov rayonu nəzarətdə saxlayan erməni qüvvələri tərəfindən öldürülüb, Dilqəm Əsgərovla Şahbaz Quliyev isə ələ keçib.

Qarabağdakı erməni rejimi Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyev isə qətldə ittiham edərək 22 il azadlıqdan məhrum edib.

Həsən Həsənovun meyiti isə uzun danışıqlardan sonra Azərbaycan tərəfə verilib.

XS
SM
MD
LG