Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:27

3.5 milyardlıq oyun


Avropa Oyunları məşəlinin yandırılması mərasimi - 26 aprel 2015
Avropa Oyunları məşəlinin yandırılması mərasimi - 26 aprel 2015

-

«Yeni Müsavat» qəzeti 27 aprel tarixli sayında iqtisadçı Qubad İbadoğlunun I Avropa Oyunları ilə bağlı yazısını dərc edib. İqtisadçı bu tədbirin Azərbaycana nə qədər vəsaitə başa gəldiyini təhlil edib:

«Azərbaycan Respublikasının 2013, 2014 və 2015-ci il üçün təsdiq olunmuş büdcəsi əsasında apardığımız hesablamalara görə, 1-ci Avropa oyunları Azərbaycana 3 milyard 506 milyon 850 min manata başa gələcək. Son məlumatlara görə, büdcədən ayrılmış vəsaitin 90 faizindən çoxu xərclənib. Yerdə qalan 300 milyon manata qədər vəsaitin də yaxın 2 ayda xərclənməsi gözlənilir. 1-ci Avropa oyunlarının təşkili ilə əlaqədar olaraq birbaşa xərclərin 72.6 faizini və ya 2 milyard 546 milyon 700 min manatını (2013-cü ildə 345.9 milyon manat, 2014-cü ildə 864.8 milyon manat və 2015-ci ildə 1 milyard 336 milyon manat) idman infrastrukturunun tikintisi və yeniləşməsi xərcləri, 27.4 faizini və ya 960 milyon 150 min manatını əməliyyat xərcləri təşkil edir».

«BÖHRANIN ZƏRURİ ETDİYİ İXTİSARLAR»

«Azadlıq» qəzeti yazır ki, «Azəryolservis» və Bakı Metropolitenində işçilər kütləvi şəkildə işdən çıxarılır:

Foto illüstrasiya
Foto illüstrasiya

«Azəryolservis»in yeni sədri Saleh Məmmədov qurumda ixtisarlara başlayıb. O, böhranla əlaqədar «Azəryolservis»in 100-dən artıq idarəsində çalışan işçilərin əhəmiyyətli hissəsini ixtisara salır. Məlumata görə, «Azəryolservis» sədri növbəti mərhələdə qurumda struktur islahatları aparacaq. «Azəryolservis»in xeyli idarəsi birləşdiriləcək. Bu zaman da yüzlərlə işçinin ixtisara düşəcəyi gözlənilir».

Qəzetin yazdığına görə, Bakı Metropolitenində da ixtisarların növbəti mərhələsi başlayıb:

«Bundan əvvəl yayılan məlumatlarda bildirilirdi ki, Bakı Metropoliteninin tikinti idarəsinin 1500 işçisindən 900 nəfəri öz hesabına məzuniyyətə göndərilib, yerdə qalan 600 nəfər isə ixtisar olunacaq. Dünən əldə etdiyimiz məlumata görə, qurumda 1000 nəfərə yaxın işçi ixtisar olunacaq. Artıq onlara bu barədə xəbərdarlıq edilib. Bəzi məlumatlara görə, bu ixtisarların bir səbəbi böhranla bağlıdırsa, digər səbəbi işçiləri əvəz edəcək yeni texnikanın alınmasıdır».

Foto illüstrasiya
Foto illüstrasiya

EKOLOJİ PROBLEMLƏR NECƏ HƏLL OLUNSUN?

«Kaspi» qəzeti ekoloji problemin həlli ilə bağlı polemika dərc edib. Qəzet yazır ki, Azərbaycanda insanlar bu problemə biganə yanaşır və onlar üçün, məsələn, yerə zibil atmaq adi hala çevrilib.

«Ekoloji problemlər necə həll olunmalıdır» polemikasına qoşulan güləşçi Kənan Baxışov düşünür ki, insanlarda ekoloji mədəniyyətin formalaşması üçün ilk öncə bu haqda təlimlər və tədbirlər keçirilməlidir.

Tələbə Şəbnəm Mehdizadənin fikrincə, insanlarda ekoloji mədəniyyətin formalaşması üçün ilk olaraq dövlət strukturları təbliğat aparmalı və kütləvi informasiya vasitələrindən geniş istifadə olunmaldır.

Turizm üzrə mütəxəssis Elvin Ağamalızadə isə düşünür ki, cəza və cərimə üsulu ilə insanları fikirlərindən döndərmək mümkün deyil, maarifləndirmək lazımdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG