Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:49

Argentinalı jurnalistin adı arzuolunmaz şəxslər siyahısından çıxarıldı


Ağdamın Çıraqlı kəndində cəbhə xətti, avqust, 2014-cü il

Ağdamın Çıraqlı kəndində cəbhə xətti, avqust, 2014-cü il

-

Azərbaycan Argentinanın "Tiempo Argentino" qəzetinin redaktor müavini Luis Faraoni-nin üzrxahlığını qəbul edib. Jurnalistin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

Məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi yayıb.

Argentinalı jurnalist bu ilin martında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyindən adı arzuolunmaz şəxslər siyahısına salınmışdı.

Luis Faraoni Azərbaycanın Argentinadakı səfirliyinə məktubla müraciət edərək, Dağlıq Qarabağ bölgəsinə səfərinin adının arzuolunmaz şəxslər siyahısına salınacağı ilə nəticələnəcəyindən xəbərsiz olduğunu bildirib.

O, işğal olunmuş ərazilərə səfərinin Azərbaycanla problem yaratdığına görə çox təəssüf hissi keçirdiyini ifadə edib və bu əməlinin ağırlığını qəbul edərək, eyni hərəkətin gələcəkdə təkrarlanmayacağını bildirib.

Luis Faraoni Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini bildirib, adının Azərbaycan hökumətinin müvafiq siyahısından çıxarılması məsələsinin nəzərdən keçirilməsini xahiş edib.

Azərbaycan tərəfi müraciəti müsbət cavablandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG