Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:16

İsrail Suriya ilə sərhədə zərbələr endirib


Golan yüksəkliyində təlim keçən İsrail əsgərləri

Golan yüksəkliyində təlim keçən İsrail əsgərləri

-

İsrail ordusu aprelin 26-da bildirib ki, Suriya ilə sərhədinə hava zərbəsi endirib. Ordu İsrailin Golan yüksəkliyində bomba daşıyan yaraqlıların aşkarlandığını və hücumun qarşısını aldığını bildirir.

Hücumun səbəb olduğu itki sayı barədə məlumat verilməyib.

Ancaq İranın Press TV televiziyası isə İsrailin Golan zirvəsinə zərbəsi nəticəsində 4 nəfərin öldüyünü xəbərləyib.

Suriya tərəfdən hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb, dövlət mediası da hava hücumu barədə məlumat verməyib. 2011-ci ildən Suriyada vətəndaş müharibəsi gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG