Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:54

-

Rusiya dövlət televiziyası Prezident Vladimir Putin haqqında yeni film yayımlayıb. Filmdə Putin-in hakimiyyətinin ilk illərində ölkəsini terrorçulardan necə qorumasından bəhs olunur. Film aprelin 26-da Rossia-1 kanalında göstərilib.

Filmdə Putin həmin terrorçuları Qərbin dəstəklədiyini bildirir. O, deyir ki, dövlətlər heç vaxt “qısa müddətli siyasi, hətta geosiyasi məqsədlərini irəlilətmək üçün terrorçulardan istifadə etməməlidir”.

Onun sözlərinə görə, “kimsə terrorçulara bir yerdə dəstək verirsə, onlar başqa yerdə baş qaldıracaqlar və dünən onlara dəstək verəni mütləq vuracaqlar”.

Putin dəfələrlə Qərbi 1990-cı illərdə və 2000-ci illərin əvvəlində Şimali Qafqazda yaraqlılara dəstəkləməkdə ittiham edib, deyib ki, Qərb bununla Rusiyanı zəiflətmək və ya parçalamaq istəyib.

Birləşmiş Ştatlar və digər Qərb dövlətləri bu iddiaları təbliğat adlandırır və Rusiyanın güclü və təhlükəsiz olmasını istədiklərini bildirir

Günün bütün mövzuları

XS
SM
MD
LG