Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:08

-

Nepal rəsmiləri bildirir ki, aprelin 25-də baş vermiş zəlzələ qurbanlarının sayı 3 min 200-ü keçib. Aprelin 27-də verilən məlumata görə, 6 min 500-dən çox adam xəsarət alıb.

Aprelin 26-da bir neçə güclü titrəyiş baş verib, Himalay dağlarında uçqunlar çoxalıb.

Xəstəxanalarda tibbi ləvazimat, vaksinlər çatışmır. BMT rəsmiləri ildırımların küçələrdə gecələyən insanlara yaratdığı təhlükə barədə xəbərdarlıq edib.

Torpaq sürüşmələri xilasedicilərin işini çətinləşdirir. Qonşu ölkələr təyyarələrlə dərman, ərzaq və su göndərir.

Bu, son 80 ildə Cənubi Asiyada baş vermiş ən ağır faciədir. Paytaxt Katmandunun böyük məhəllələri dağıntılar altında qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG