Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:35
Moskva milisi paytaxt rəhbərliyinin qadağan etdiyi «Rus marşı»nın 300-dək iştirakçısını saxlayıb. Millətçilər «Narodnaya Volya» partiyasının «Park kulturı» metrosu yaxınlığında keçirdiyi icazəli mitinqə qoşulmağa hazırlaşırdılar.

«Rus marşı»nın təşkilatçıları qadağalara baxmayaraq, Rusiyanın başqa şəhərlərində də yürüşlər keçirməyə cəhd ediblər. Sankt-Peterburq, Novosibirsk, Krasnoyarsk, Blaqoveşenskdə saxlananlar var.


Vladivostokda «Rus marşı» insidentsiz keçib. Səhər tezdən Vladivostokun mərkəzi küçəsinə bitişik bütün yollarında çoxlu sayda milis dəstələri növbə çəkirdilər. Nəticədə küçələrdə nümayişçilərdən çox hüquq-mühafizə orqanlarının işçiləri toplaşıb və heç bir təxribat baş verməyib. Millətçilər əllərində bayraq və transparantlar şəhərin mərkəzi küçəsi ilə irəliləyiblər. Yürüşdə 300-dək adam iştirak edib.


Paradoks: bütün ötən həftə Vladivostok mediası marşın qadağan olunduğunu və heç bir yürüşün keçirilməyəcəyini bildirsə də, aksiyanın təşkilatçıları jurnalistlərə şəhər merinin rəsmi icazəsini göstəriblər.


İrkutsk rəhbərliyi isə «Rus marşı»nın keçirilməsinə icazə verib. Marş üçün əsas üç şüar seçilib – şəhərin küçələrinə tarixi adlarının qaytarılması, çinlilərin sayının artması ilə mübarizə və «Rusiyanı russayağı qurmaq». Meriyada bu cür şüarları mümkün sayıblar. Yalnız bir şərtlə ki, yürüş sakit və imkan daxilində insidentsiz keçsin.


Ötən gecə İrkutska qar yağıb, hava kəskin soyusa da, bu, aksiyaya mane olmayıb və «Rus marşı» baş tutub.


Moskva və bir sıra başqa şəhərlərdə - 4 noyabr Milli Birlik Günü - antifaşist mitinqləri də keçirilib.


«Rus marşı» ilə əlaqədar yüzlərlə azərbaycanlının çalışdığı «Çerkizov» bazarı müvəqqəti fəaliyyətini dayandırıb. Moskvada Azərbaycan dilində çıxan «Millətin səsi» qəzetinin baş redaktoru Aqil Alışovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, belə bir addım diaspora nümayəndələri və Rusiya hüquq-mühafizə orqanlarının müraciətindən sonra atılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG