Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:29

New Yorkda Əliyevin «gəzən foto»su- [video]


New York Times Magazine jurnalının üz qabığı

New York Times Magazine jurnalının üz qabığı

-

New Yorkda az qala hər kəs fransalı rəssam JR-in 45 metr uzunluğunda olan fotosundan danışır. Rəssam yeriyən bir gəncin fotosunu çəkib və sonra onu 62 ədəd böyük hissələrdə çap edib. Aprelin 11-də gecə 20 nəfərlik kamandası ilə birgə həmin fotonu New Yorkda - Flatiron Plazanın yaxınlığında yerə yapışdırıb. İndi nəinki New York, ABŞ-ın digər şəhərlərində 4 saata hazır olan bu fotodan danışırlar.

Həmin fotodakı gəncsə azərbaycanlı Elmar Əliyevdir. O New Yorkda yaşayır və orda «Old Baku» restoranında çalışır.

New York Times yazır ki, sakinlər əvvəl bu fotoya diqqət yetirməyiblər. Çünki hansısa bir rəsmin üzərindən yeridiklərini bilmək üçün yerə ancaq və ancaq yuxarıdan baxmaq lazım idi. Foto cəmi bir gün New Yorkda qala bilir. Elə həmin gün küçələri yuyan maşın həmin fotonu da təmizləyir. Bəlkə də orada bir rəsmin çəkildiyindən heç onların da xəbəri olmayıb.

Maraqlısı odur ki, bu fotonu məhşurlaşdıran onun yerə yapışdırılan andan, silinənə qədər baş verənlərin yuxarıdan video ilə çəkilməsidir.

JR ötən il New Yorka gələn Nolita küçəsində 16 nəfərin immiqrantın portretini çəkib. Onlardan biri də ABŞ-a 2014-cü ilin ilin avqustunda - "green cart" udandan sonra gələn Elmar Əliyev olub. Görünür, Elmarın bəxti bu dəfə yenə gətirib. JR 16 portret arasından məhz onun fotosunu seçib.

Elmar deyir ki, «Evdə tək 2» filmindən tanıdığı New Yorkun Mərkəzi Parkı və Plazanın ətrafında gəzməyi xoşlayır. JR isə deyir ki, Elmarın yeriyərkən əllərini də irəli aparmasından xoşu gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG