Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16

-

Azərbaycan peşəkar vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün Memorial Muzeyinin direktoru, prezidentin fərdi təqaüdçüsü, Polad Bülbüloğlunun anası Adelaida İrza qızı Məmmədova 93 yaşında vəfat edib.

AzərTacın xəbərinə görə, Azərbaycan hökumətinin bu itki ilə bağlı nekroloq imzaladığı bildirilir.

Dünən - aprelin 25-də vəfat edən Adelaida Məmmədova 1922-ci il avqustun 22-də Tbilisidə anadan olub. Orta məktəbi bitirdikdən sonra Gürcüstan Xalq Ədliyyə Komissarlığı nəzdindəki Tbilisi Hüquq Məktəbində təhsil alıb.

1977-ci ildə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün Memorial Muzeyi yaradılarkən onun xanımı -- Adelaida Məmmədova direktor təyin edilib.

A.Məmmədova Bülbül irsini mühafizə etməklə, bütövlükdə Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin təbliği sahəsində təqdirəlayiq xidmətlər göstərib. O, həm də Bülbülün zəngin irsinin yorulmaz tədqiqatçısı idi. Adelaida Məmmədova görkəmli vokal ustasının elmi fəaliyyətinə və yaradıcılığına dair çoxsaylı kitab və məqalələrin müəllifi kimi də tanınırdı.

Nekroloqda vurğulanır ki, Azərbaycanda muzey işinin təşkilində və mədəni irsin təbliğində Adelaida Məmmədovanın xidmətləri yüksək qiymətləndirilib. O, “Şöhrət” ordeninə və “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”na layiq görülüb.

Allah rəhmət eləsin!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG