Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:32

-

Aprelin 26-da 2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtanlarının II mərhələsi üzrə imtahanlar keçirilib.

Bakı, Navçıvan və Gəncədə 17 imtahan mərkəzində aparılan imtahanlara 10min 170 bakalvr qatılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, 9 min 37 nəfəri Azərbaycan, 1133 nəfər Rus bölməsində imtahan verib. 30 bakalavr xarici ölkə vətəndaşıdır.

1,5 saat davam edən imtahanlarda bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunub. Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Nəticələr mayın 7-nə kimi elan olunacaq. Bundan sonra – mayın 7-dən 12-cən bakalavrlar internetdən ixtisaslarını seçə biləcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG