Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:18

-
«Azərbaycan nümayəndə heyəti AŞPA-nın aprel sessiyasına ciddi hazırlaşmışdı. Birincisi ona görə ki, ermənilərin uydurduğu qondarma «soyqırımı»nın «100 illiyi» ilə bağlı yalanı ifşa etmək üçün bütün addımlara hazırlıqlı olmaq lazım idi».

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yaz sessiyasının yekunları ilə bağlı Azərtac-a müsahibəsində belə deyib.

Səməd Seyidov avropalı deputatlara Azərbaycana keçən erməni əsgərinin dediklərini, iki azərbaycanlı – Dilqəm Əsgərov və Şahbaz Quliyevin həbsi haqda məlumat verib:

«Könüllü olaraq Azərbaycan tərəfinə keçmiş erməni əsgərinin «Biz müharibə etmək istəmirik. Bizi zorla Azərbaycan ərazilərinə göndərirlər ki, burada məhv olaq» kimi fikirləri açıq şəkildə AŞPA üzvlərinə çatdırıldı».

Sessiyanın ikinci günü Azərbaycan tərəfinin təklifi ilə Avropa Şurasına üzv ölkələr daxilində “Münaqişələrin Araşdırılması” adlı alt komitə yaradılıb.

Səməd Seyivdov ikinci uğur kimi Azərbaycan nümayəndə heyətinin iki üzvününü – Sahibə Qafarovanın və Sevinc Fətəliyevin yüksək vəzifələrə seçilməsini göstərir. Beləki. S.Qafarova qadınlara qarşı zorakılıqla mübarizə üzrə qurumun baş məruzəçisi və “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndirici vəzifəsinə, Sevinc Fətəliyeva uşaq məsələləri üzrə baş məruzəçi vəzifəsinə seçiliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG