Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:21

Qazaxstanda prezident seçkiləridir- [canlı yayım]


Astanada 89 saylı seçki məntəqəsi

Astanada 89 saylı seçki məntəqəsi

-

26 aprel Qazaxstanda prezident seçkiləridir. Bu seçkilərdə də indiki prezindent Nursultan Nazarbayevin qalib gələcəyi ehtimal olunur. Hakimiyyət müxalifəti sıxışdırıb, medianı nəzarətdə saxlamaqla Nazarbayevi 5-ci dəfə qalib etmək istəyir.

Nazarbayev özü də bu gün səs verib. Səsvermə məntəqəsinə gələn prezident alqışlarla qaşılanıb.

Səs verəndən sonra Nursultan Nazarbayev jurnalistlərə müsahibə verib. O, Qazaxstan xalqının onun siyasətinə dəstək olduğuna əminliyini bildirib:

"Mən əminəm ki, Qazaxstan xalqı ilk öncə ölkəmizin stabil inkişafına və millətin yaxşı güzəranı üçün səs verəcək. İkincisi isə dövlətimizin stabilliyinə və mənim liderliyim altında aparılan siyasətə dəstək olacaq".​

74 yaşlı Nazarbayevdən başqa prezidentliyə 68 yaşlı Turgun Syzdykov və 63 yaşlı Abelgazy Kusainov da namizəddir. Syzdykov Qazaxstan Komminits partiyasından, Kusainovsa müstəqil namizəddir.

Seçkilərdə fəallıq yüksəkdir. AzadlıqRadiosunun Qazaxstan xidməti yazır ki, Astanadakı Milli Akademiyanın qarşısında seçicilər növbədədir.

AZADLIQRADİOSU SEÇKİNİ CANLI YAYIMLAYIR

Müxalifətçilər hesab edir ki, bu seçkilər sadəcə bir görüntüdür. Çünki hər iki namizəd əslində hakimiyyətə yaxındır. Kusainov uzun müddət Nazarbayevin rəhbərliyi altında çalışıb.

Nazarbayev 1991, 1999, 2005 və 2011 ci il seçkilərində 80 faiz səslə qalib olub.

Seçkiləri ATƏT-in monitorinq qrupu da müşahidə edir. ATƏT bildirir ki, seçkilərdə Nazarbayevin "institusional üstünlüyə" malikdir.

Seçki öncəsi aralıq hesabatında ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) qeyd edir ki, ölkədə Nazarbayevin plakatları digər iki namizədlə müqayisədə daha çox gözə dəyirdi.

Seçkilərə hazırlığın və keçirilməsinin monitorinqi ilə 858 beynəlxalq müşahidəçi məşğul olur. Onlardan 293-ü ATƏT-in, 410-u MDB missiyasının, 10-u Şanxay Əməkdaşlıq Təşkilatı missiyasının, 15-i Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və digər təşkilatlardandır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG