Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:37

Nepaldakı zəlzələdə ölənlərin sayı 2 min 230 ötüb


-

Aprelin 25-də Nepolda 7.8 bal gücündə zəlzələdə 4 min 700 nəfər nəfər yaralanıb, 2 min 300 nəfər vəfat edib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatına görə, yaralananlar arasında bir nəfər Azərbaycan vətəndaşı var. Nepalda rəsmi 14 nəfər azərbaycanlı qeydiyyatdadır. Onlardan 6-sı azyaşlıdır. Azyaşlılardan biri yüngül sıyırıq xəsarəti alıb, vəziyyəti yaxşıdır.

Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycanın Hindistandakı səfirliyi vəziyyəti diqqətdə saxlayır.

NEPALA SƏRHƏD ÖLKƏLƏRDƏ 60 NƏFƏR ÖLÜB...

Nepaldakı güclü zəlzələdən sonra minlərlə sakin gecəni küçədə keçirib.

Yeraltı təkan aprelin 26-da səhər regionun bəzi yerlərində təkrarlanıb. İnsanlar dağıntılar altında qalanları xilas etməyə çalışır.

Zəlzələ o qədər güclü olub ki, Nepalın cənubundakı sərhəd ölkələrdə - Banqladeşdə, Çinin Tibet regionunda və Pakistanda da hiss olunub. Həmin ölkələrdə zəlzələdən 60 nəfər ölüb.

Zəlzələ Nepal əhalisinin ən çox yaşadığı yerlərdə, eləcə də paytaxt Kathmandda dağıntılara səbəb olub. Paytaxın qədib binaları, qalaları tamamilə dağılıb.

BMT bildirir ki, Kathmandu xəstəxanaları yaralılar və ölmüş insan cəsədləri ilə doludur. Xəstəxanaya gətirilən yeni yaralılara təcili tibbi yardım göstərmək üçün boş yer yoxdur.

Nepala təmiz su, tibbi ləvazimat və yemək göndəriləcək.

Zəlzələ ən çox ziyanı Nepalın paytaxından 8 kilometr şərqində yerləşən Pokhara şəhərinə vurub.

Nepal Hindistan və Çinin ortasında arasında yerləşir. Ölkədə bundan əvvəl 1934-cü ildə 8 min 500 nəfərin ölümü ilə nəticələnən güclü zəlzələ olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG