Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:55

Paradda iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola salınıb


Foto illüstrasiya

Foto illüstrasiya

-

Azərbaycan ordusunun hərbçiləri İkinci Dünya müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş paradda iştirak edəcəklər.

Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, parada hazırlıq və iştirak məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularından ibarət bölmə aprelin 25-də Moskva şəhərinə yola salınıb.

Mayın 9-da qələbənin 70 illiyi münasibətilə Moskvada təntənəli parad keçiriləcək.

Ukrayna böhranına görə bir çox Avropa lideri parada qatılmaqdan imtina edib.

Azərbaycan prezidenti İlham Əliyevin isə paradda iştirakı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG