Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:21

Nərgiz Yaqublu dəfn edildi [video/foto]


-

Aprelin 25-də siyasi fəal, jurnalist Nərgiz Yaqublu torpağa tapşırılıb. O, Qaraçuxur qəbiristanlığında dəfn olub.

Dəfndə yüzlərlə insan iştirak edib. Yolun yarıdan çoxunu mərhum siyasi fəalların və doğmalarının çiynində aparılıb. Dəfn mərasiminə səssiz yürüş də demək olar.Gənclər «Sən bizim solmaz gülümüz, Nərgizimizsən» plakatı ilə irəliləyiblər.

Mərhumu yola salmağa gələnlər arasında şair Ramiz Rövşən, akademik Rafiq Əliyev, üzv olduğu Müsavat Partiyasının keçmiş və yeni rəhbərləri – İsa QəmbərArif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli, keçmiş baş nazir Pənah Hüseyn, KAXCP sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAXCP sədri Qüdrət Həsənquliyev, REAL Hərəkatinin üzvləri və başqa siyasətçilər vardı. Bundan başqa, dəfnə xeyli sayda gənc fəal, jurnalist, hüquq müdafiəçisi qatılıb.

Mərhum torpağa taşırıldıqdan sonra məzarı başında çıxışlar olub.

Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. O, hepatit xəstəliyindən əziyyət çəkirdi. 26 yaşlı Nərgiz Yaqublu yeni ailə qurmuşdu. Mərhumun 8 aylıq körpəsi qalıb.

Atası Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavinidir. İsmayıllı hadisələrinə görə 5 il azadlıqdan məhrum edilib. Aprelin 24-də övladının dəfnində və yas mərasimində iştirak edə bilmək üçün 7 günlük azadlığa buraxılıb. Hüquq müdafiəçiləri onun əfvi üçün prezidentə müraciət ediblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG