Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:05

Nepalda zəlzələ. Yüzlərlə ölən var


Nepal - 25 aprel 2015
Nepal - 25 aprel 2015

-

Nepalın paytaxtı Katmandudan 80 km aralıda baş verən 7.9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 700-ü ötüb.

«Reuters» yerli Daxili İşlər Nazirliyinə istinadən bu xəbəri yayıb.

Binaların çoxu dağılıb, divarlar uçub.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin gücünü daha əvvəl 7.5 bal olaraq açıqlamışdı. Daha sonra təkanların 7.9 bal olduğu qeyd edilib. Zəlzələ yerin 15 kilometrliyində baş verib.

«Reuters» deyir ki, Katmanduda 19-cu əsrdə tikilən tarixi Dharahara Qülləsi də dağılıb.

30 saniyədən 2 dəqiqəyə qədər çəkən təkanların gücü Pakistan və Hindistanda da hiss edilib.

XS
SM
MD
LG