Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:13

-

Hadisə Karaçi şəhərində baş verib.

Hüquq müdafiəçisi Sabeen Mehmood aprelin 24-də maşınla evinə qayıdarkən naməlum şəxs qadına ölümcül atəş açıb.

Həkimlər onun bədənindən 5 güllə çıxarıblar. Sabeen Mehmood-un yanında olan anası yaralanıb.

Yerli polis bildirir ki, hüquq müdafiəçisinə atəş açan iki şəxs motosikletdə olub.

Hələ ki, heç bir qrup hücumla bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Sabeen Mehmood «The Second Floor –T2F» kafe-kitab mağazasının direktoru idi. Burda insan hüquqları ilə bağlı mütəmadi müzakirələr keçirilirdi.

Aprelin 24-də Sabeen Mehmood Bəlucistanda insan hüquqlarının pozulması ilə bağlı debatlar təşkil etmişdi.

T2F aprelin əvvəlində Lahor Universitetində də müzakirə keçirmək istəyib, amma sonradan universitet rəhbərliyi bu tədbiri ləğv edib.

Karaçi Bəlucistanın yaxınlığında yerləşir. Hüquq müdafiə təşkilatları tez-tez yerli təhlükəsizlik qüvvələrini insan haqlarını pozmaqda ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG