Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:40

Ukrayna siyasətçilərinin sual doğuran gəlirləri


Yulia Tymoshenko
Yulia Tymoshenko

-

Ötən il Ukraynanın keçmiş baş naziri üçün gərgin keçdi. İlin bir hissəsini o, həbsdə keçirdi, bir hissəsini xəstəxanada sağlamlığının bərpasına sərf etdi, qalan hissəsi də prezident və parlament seçki kampaniyalarına həsr olundu.

Amma bütün bunlara baxmayaraq, o, özünə bahalı maşın ala bilib. Bu onun vergi bəyannaməsindən də bəlli olur. Həm də heç bir əmanətə sahib olmaya-olmaya.

Yulia Tymoshenko-nun sirli gəlirləri heç də Ukrayna siyasətçiləri arasında nadir rast gəlinən hal deyil. 2014-cü ildən gəlir deklarasiyası ictimaiyyət üçün də açıq olandan bu cür pul gəlirlərinin adi hal olduğu üzə çıxıb. Siyasətçilər gəlir bəyannamələrini hər ilin aprelində açıqlayırlar. Burada həm də partiya mənsubiyyətlərini, yaş və özləri barədə digər məlumatları qeyd edirlər.

Korrupsiya Ukraynada iki inqilaba səbəb olub, amma hələ də bu ölkədə siyasətçilərin gəlir və əmlak bəyannamələrindəki boşluqlar problem olaraq qalır.

TYMOSHENKO-NUN AZALAN GƏLİRLƏRİ VƏ 72 MİNLİK YENİ AVTOMOBİLİ

Tymoshenko bəyan edib ki, ötən il ailəsi dəyəri 72 min avro olan «Mercedes Benz GL-350» avtomobili alıb.

«Yoldaşımın ölkə xaricində biznesi var idi, repressiyalar başlayan kimi o, biznesini satdı və əldə etdiyi gəlirin bir hissəsindən bu avtomobili aldı» –Tymoshenko bildirib.

Viktor Yanukovych 2010-cu ildə hakimiyyətə gəldikdən sonra siyasi rəqiblərinə qarşı təzyiqlərə başlayandan sonra Tymoshenko-nun həyat yoldaşı Çexiyadan siyasi sığınacaq alıb.

Oleksandr Tymoshenko-nun uzun illərdir bu ölkədə biznesi var, amma ailənin son bir ildə gəliri sıfır kimi göstərilib. Yulia Tymoshenko-nun şəxsi qazancı onların yeni avtomobilinin qiymətinin üçdə birinə bərabərdir.

Oleh Lyashko
Oleh Lyashko

Bundan başqa, bəyannaməyə görə, Tymoshenko 588 kvadratmetrlik ev kirayələyir ki, gəlirinin üçdə birini məhz buna xərcləyir.

PARLAMENT ÜZVÜ NECƏ «MAZDA» SAHİBİ OLDU

Ötən il ilk dəfə parlamentdə yer alan populist Radikal Partiyanın lideri Oleh Lyashko «Mazda СХ-5» almağa müvəffəq olub. Bu yolsuzluq avtomobilinin Ukraynada dəyəri 30 min dollardır.

AzadlıqRadiosu Ukrayna bürosunun «parlament üzvü kimi gəlirlərin nəzərə alınarsa, bu, necə mümkün olub» sualına Lyashko «Rosita-dan istəmişəm» deyə cavab verib. O, öz həyat yoldaşını nəzərdə tutur.

Əvvəllər jurnalist kimi fəaliyyət göstərən Lyashko deyib ki, köhnə maşınını satıb, maaşından da topladığı pulla yeni avtomobil ala bilib.

Serhiy Lyovochkin
Serhiy Lyovochkin

TƏƏCCÜB DOĞURAN DİVİDENDLƏR

Bahalı avtomobillərlə yanaşı, deklarasiyaların üzə çıxardığı ümumi problemlərdən biri də mənbəyi məlum olmayan şirkətlərdən divident şəklində gələn qeyri-şəffaf gəlirlərdir.

Məsələn, keçmiş prezident administrasiyasının rəhbəri Serhiy Lyovochkin-in gəliri ötən il 10 milyon qrivna –430 min dollar olub, amma bu pulların mənbəyi naməlum olaraq qalır.

Başqa bir müxalifət lideri Ihor Yeremeev-in dividentlərdən gəliri 24 milyon qrivna – 1 milyon dollardan çox olub.

Ihor Yeremeev
Ihor Yeremeev

Onun bu qədər divident aldığı şirkətin adını soruşanda isə, Yeremeev bu məlumatın «gizli» olduğunu bildirib.

Bildirəndə ki, onun bir parlament üzvü kimi qərarları biznes maraqları ilə toqquşmamalıdır, Yeremeev deyib:

«Baxın, mən bundan sirr düzəltmirəm. Mən «Continuum» şirkətlər qrupunun səhmdarıyam». Sözügedən şirkət Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir.

TET-A-TET HƏLL OLUNAN MƏSƏLƏLƏR

OPORA seçki şəbəkəsinin lideri Olha Aivazovska deyir ki, Ukrayna qanunlarına görə, parlament üzvləri yalnız gəlirlərini açıqlamağa məcburdurlar, amma divident aldıqları şirkətlərin adlarını açıqlamaya bilərlər.

Aivazovska-nin dediyinə görə, şirkətlər öz vergi bəyannamələrində divident verdikləri şəxslərin adlarını açıqlayır. Vergi idarəsi bu məlumatları müqayisə edir.

Hələ ki, bu məlumatlarda uyğunsuzluq barədə ictimaiyyətə hər hansı açıqlama verilməyib. Aivazovska ehtimal edir ki, mümkün uyğunsuzluqlar vergi orqanları ilə həmin şəxslər arasında fərdi qaydada həll edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG