Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:28

Türkiyədə İlham Əliyev adına park salınıb


Izmitdə xatirə parkının salındığı yerdə lövhə.

Izmitdə xatirə parkının salındığı yerdə lövhə.

.

Son vaxtlara qədər dünyanın müxtəlif ölkələrində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin adına parklar salınmasə barədə rəsmi xəbərlər verilirdi. İndi isə Türkiyədə Heydər Əliyevin oğlu, indiki prezident İlham Əliyevin adına park salınması barədə xəbər var. Məlumata görə xatirə parkı (İlham Aliyev hatıra ormanı-red.) İzmit şəhər bələdiyyəsinin ərazisində 1 ha. sahədə yaradılıb, orada 2278 ədəd Livan sidr ağacı əkilib.

Bu məlumatları AzadlıqRadiosuna İzmit bələdiyyəsindən Betül Bayram verib:

“Təşəbbüs Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından gəlib və buna görə İzmit bələdiyyəsinə pul ödənilməyib”.

Bayram bildirib ki, bu, İzmitdə dövlət başçısının adı verilən ilk meşədir.

ORUCLU: TÜRKİYƏ VƏ AZƏRBAYCAN BİR-BİRİNDƏN PİS NÜMUNƏ GÖTÜRÜR

“Şərq-Qərb” Araşdırmaları Mərkəzinin direktoru Ərəstun Oruclu deyir ki, Türkiyədə İlham Əliyev xatirə parkının salınması Türkiyə və Azərbaycanın bir-birindən pis nümunə götürməsidir. Onun sözlərinə görə, əvvəllər dini mövzulara ehtiyatla yanaşan Azərbaycan rəsmiləri indi Türkiyə lideri kimi Qərbi “islamafobiya”da günahlandırmağa başlayıb, Türkiyə isə Azərbaycan kimi siyasi bütləşdirməyə keçib:

“Bir qədərdən sonra Türkiyənin siyasi sistemi dönüb olacaq Azərbaycandakı kimi. Azərbaycanın ictimai həyatında azadlıqlara, dəyərlərə, münasibət isə Türkiyədəki kimi olacaq. Yəni, bir ölkə orta əsrlərin feodalizminə doğru gedir, digər ölkə isə orta əsrlərin dini radikalizminə doğru. Hər iki ölkə bərabərləşəcək”.

Hərçənd ki, bir müddət əvvəl İlham Əliyev özü onun portlerinin Azərbaycanın şəhərlərində asılmasına etiraz etmişdi.

“İLHAM ƏLIYEV ADININ QOYULMASINA ETIRAZ EDƏ BILƏR”

Hakimiyyətin müdafiə edən şərhlər verən politoloq Mübariz Əhmədoğlu deyir ki, İzmitdəki xatirə parkına onun adının verilməsinə də İlham Əliyev təvazökarcasına etiraz edə bilər:

“Baxmayaraq ki, onun bu 10 il ərzində fundamental işləri olub, özü ilə bağlı elə bir addım görməmişəm. Ola bilsin ki, ondan xəbərsiz verilib bu ad. Axırını gözləyək”.

Hərçənd İlham Əliyev adının məktəblərə, dağ zirvələrinə qoyulması ilk hadisə deyil və prezident buna etirazını bildirməyib.

İLHAM ƏLİYEVİN ADINA…

  • Naxçıvan şəhərində Olimpiya İdman Kompleksi İlham Əliyevin adınadır,
  • Sinqapurda Milli Səhləb bağında İlham Əliyevin adına gül əkilib.
  • Şəmki rayonu Füzuli qəsəbəsində orta məktəb,
  • Keşikçidağda zirvə,
  • Xaçmazda bulaq kompleksi İlham Əliyevin adını daşıyır.

    BARACK OBAMA-NIN ADINA KƏRTƏNKƏLƏ

ABŞ prezidenti Barack Obamanın adını ABŞ-da küçələrə, məktəblərə, bitkilərə, hətta heyvanlarada (Obamadon kərtənkələsi) veriblər. ABŞ-ın əvvəlki prezidenti Corc Buşun da adı qoyulan nəsnələr var.
Hərçənd, ABŞ-da demokratiya və siyasi azadlıqlar məsələsi Azərbaycandakı kimi mübahisələndirilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG