Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:01

Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenkoya qarşı yekun ittiham irəli sürülüb..

O 2 və ya daha artıq adamın ölümündə əli olmaqda və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

Bu barədə İstintaq Komitəsinin rəsmisi Vladimir Markin məlumat verib.

İstintaqın gəldiyi nəticəyə görə Savchenko 2014-cü ildə Luqansk əyalətində Ukrayna hərbçilərinə müəyyən şəxslərin koordinatlarını verib və nəticədə rusiyalı jurnalistlərİgor Kornelyuk və AntonVoloshin həlak olublar.

Bundan sonra isə Savchenko Rusiyaya keçmək istəyərkən sərhəddə yaxalanıb.

Savchenko ittihamları rədd edir və bildirir ki, onu rusiyapərəst separartçılar oğurlayaraq Rusiyaya təhvil veriblər.

Kiyev və Qərb ölkələri onun azad olunmasını tələb edirlər.

Basman məhkəməsi fevralda onun həbsini mayın 13-dək uzadıb.

Savchenko. Dekabrda 80 günlük aclıq aksiyası keçirib.

Martın 16-da isə yenidən aclıq aksiyasını bərpa edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG