Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:44

Francois Hollande jurnalist və hüquq müdafiəçilərini azad etməyə çağıra bilər


İlham Əliyev və Francois Hollande
İlham Əliyev və Francois Hollande

Sərhədsiz reportyorlar təşkilatı Fransa prezidenti Francois Hollandenin aprelin 25-də Bakıya səfəri zamanı prezident İlham Əliyevi həbsdə olan jurnalistlər, hüquq müdafiəçiləri və fəalları azad etməyə, onların təqibinə son qoymağa çağırmasını istəyir.

Təşkilatın yaydığı bəyanatında deyilir ki, Avropa liderləri ilk Avropa Oyunları ərəfəsində bu ölkədə söz azadlığının görünməmiş dərəcədə pozulmasını pisləməlidirlər.

Bəyanatda qeyd edilir ki, 2 jurnalist bu ilin dekabrında azad edilsə də 8 jurnalist və 4 blogger hələ də saxta ittihamlarla həbsdədir vəonlar arasında araşdırmaçı-jurnalist Xədicə İsmayılova da var.

Bundan başqa hüquq müdfiəçiləri Rəsul Cəfərov və İntiqam Əliyev ötən həftə 6,5 və 7,5 il azadlıqdan məhrum ediliblər.

Azərbaycanda sonuncu müstəqil KİV-lər hakimiyyət tərəfindən müxtəlif formalı təzyiqlərlə bir-birinin ardınca fəaliyyətini dayandırır.

Onlar arasında “Azadlıq” radiosunun yerli bürosu, “Zerkalo” qəzeti, habelə bir sıra digər KİV və məbuat azadlığı sahəsində fəaliyyət göstərən QHT-lər var-deyə bəyanatda bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG