Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:58

Çanaqqala döyüşlərinin 100 illiyinə prezident İlham Əliyev də qatılıb


 İlham Əliyev və Recep Tayyip Erdogan

İlham Əliyev və Recep Tayyip Erdogan

Türkiyədə Çanaqqala döyüşlərinin 100 illiyi ilə bağlı mərasimlərdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Bu barədə APA agentliyi məlumat yayıb.

Mərasimə 21 ölkə prezidenti, o cümlədən müxtəlif ölkələrin hökumət başçıları və nazirlər qatılıblar.

Türkiyə prezidenti Erdogan mərasimdən sonra rəsmi qonaqlar üçün “Savarona” yaxtasında axşam ziyafəti verəcək.

Çanaqqala döyüşlərində Türkiyə və ona qarşı hərbi koalisiya yaradan Britaniya, Fransa, Yeni Zelandiya və Avstraliya ümumilikdə 120 min əsgər və zabit itiriblər.

Müttəfiq qoşunlar 1915-ci ildə həmin vaxt türklərin müqavimətini qıra bilmədi və beləliklə Bosfor və Dardanel boğazları, həmçinin İstanbulu ələ keçirmək planı baş tutmadı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG