Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:05

Qırğızıstanla Tacikistan hərbi paradı mayın 9-dan 7-nə keçirib


Foto arxiv

Foto arxiv

Qırğızıstanla Tacikistan Nasist almaniyası üzərində qələbənin 70 illiyi ilə bağlı hərbi paradı mayın 9-dan 7-nə keçiriblər.

Qırğızıstan silahlı qüvvələrinin baş qərargahından verilən məlumata görə, buna səbəb prezident Almazbek Atambaevin mayın 8-9-da bu münasibətlə Moskvaya dəvət olunmasıdır.

Bundan bir gün əvvəl Tacikistanda da parad mayın 9-dan 7-nə keçirilib.

Tacikistan prezidenti Emomali Rahmon da qələbə günü münasibəti ilə Moskvaya dəvət olunub.

Qeyd edək ki, bir çox dünya ölkəsinin liderləri Ukrayna münaqişəsinə görə bu paradda iştirakdan imtina ediblər.

Mayın 9-da Moskvada keçiriləcək hərbi paradda Çin, Hindistan, Monqolustan, Serbiya və Şimali Koreya kimi ölkələr iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG