Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:38

Kwaśniewski: «Rusiya-Ukrayna münaqişəsi «Berlin divarı»ndan daha çətin problemə çevrilib»


Aleksander Kwaśniewski
Aleksander Kwaśniewski

-

Gələn həftə Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək Polşanın eks-prezidenti Aleksander Kwaśniewski regiondakı münaqişələrlə bağlı rəsmi müraciət edib.

apa-nın məlumatına görə, keçmiş prezident müraciətində bildirir: «Bu gün Avropa və Asiya üçün çox narahat zamandır. Avropa İttifaqında iqtisadi böhran yavaş-yavaş başa çatır, amma Avrozona hələ daxili problemlərlə qarşı-qarşıyadır. Sabitliyi bərpa etmək üçün Avropa islahatlar aparmağa ehtiyac duyur, iqtisadi koordinasiyanın daha da inkişafına çalışır. Rusiya-Ukrayna münaqişəsi «Berlin divarı»nın yıxılmasından daha çətin problemə çevrilib. Bundan başqa, onilliklərdir ki, Yaxın Şərqdə rast gəlinməyən, amma son vaxtlar alovlanan hərbi, hətta siyasi qarşıdurmalar da baş verir. Ona görə də, mən Bakıdakı III Qlobal Foruma toplaşmamızı səbirsizliklə gözləyirəm».

Kwaśniewski-nin bəyanatında deyilir ki, Bakı müxtəlif millətlərin suveren yaşadığı, etnik və qədim şəhərdir. Bu baxımdan problemlərin müzakirəsi üçün ən yaxşı yerdir: «Müzakirələrdə forumun ənənələrinə sadiq qalmaqla müsbət ruhlandırıcı fikirlərin səsləndiriləcəyinə və qəbul olunacağına ümid edirəm».

Bakı III Qlobal Açıq Cəmiyyətlər Forumuna aprelin 27-30-da ev sahibliyi etməlidir.

Forum Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu ilə əməkdaşlıq çərçivəsində keçiriləcək. Tədbirə 55 ölkənin keçmiş dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlər qatılacaq.

Onlar münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdəki problemləri müzakirə edəcəklər.

XS
SM
MD
LG