Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:46

Tofiq Yaqublu qızının yas mərasimi üçün həbsdən 7 günlük evə buraxılıb [Video]


Tofiq Yaqublu

Tofiq Yaqublu

.

Müsavatın həbsdəki başqan müavini Tofiq Yaqublu aprelin 24-də qızının yas mərasimində iştirak üçün 7 gün müddətinə azadlığa buraxılıb.

Onu Qaraçuxurda yerləşən evində doğmaları və partiya yoldaşları qarşılayıblar.

Aprelin 23-də onun 26 yaşlı qızı Rusiyada müalicə aldığı xəstəxanada vəfat edib.

MeydanTV-nin çəkdiyi vdieo:

İnsan Hüquqları üzrə Birgə Qrupa daxil olan hüquq müdafiəçiləri Müsavatın həbsdəki başqan müavini Tofiq Yaqublunun əfvi üçün prezidentə müraciət hazırlayırlar.

Bu haqda AzadlıqRadiosuna Birgə Qrupun üzvü Əliməmməd Nuriyev bildirib. Onun dediyinə görə, ideyanın təşəbbüskarı qrupun üzvlərindən biri Sahib Məmmədovdur.

«Əfv haqda əsasnaməyə görə, qeyri-hökumət təşkilatları da kiminsə əfvi üçün müraciət edə bilərlər. Biz də belə bir humanist davranış nümayiş etdirmək istədik» - Əliməmməd Nuriyev deyib. Sənəd az sonra yayılacaq.

Aprelin 24-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası da eyni məzmunda İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə övladını itirən atanın əfvi istənilib: «Tofiq Yaqublu milli azadlıq hərəkatının öncüllərindən biri olub, eyni zamanda, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və təyin olunmuş cəzanın bir hissəsini çəkib».

Tofiq Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG