Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:06

-

2015-ci il üzrə dünya ölkələrin növbəti xoşbəxtlik indeksi açıqlanıb.

BMT-nin “Davamlı inkişaf həlli şəbəkəsi”nin aprelin 23-də yaydığı Dünya Xöşbəxtlik esabatına görə, Azərbaycan 158 ölkə arasında 80-ci yerdə gəlir.

Azərbaycan bu hesabatda qonşuları Gürcüstan, Ermənistan və İranı qabaqlayıb.

İran siyahıda 110-cu, Gürcüstan 130-cu, Ermənistan isə 127-ci yerdə gəlir.

Türkiyə isə 76-cı yeri tutur.

Keçmiş Sovet respublikalarından olan Özbəkistan siyahıda 44, Moldova 52, Qazaxıstan 54, Belarus 59, Rusiya 64,Türkmənistan 70, Qırğızıstan 77,Tacikistan 106, Ukrayna isə 111-ci yerdə gəlir.

Hesabata görə, 2015-ci ildə dünyada ən xoşbəxt ölkə İsveçrədir.

Siyahıda ilk 10-luğa İsveçrə , İslandiya, Danimarka, Norveç,Kanada Finlandiya, Niderland,İsveç Yeni zelandiya və Avstraliya daxildir.

Siyahının sonunda isə Ruanda, Benin,Suriya,Burindi və Toqo gəlir.

Araşdırma BMT-nin rəhbərliyi ilə Kolumbiya Universitetində fəaliyyət göstərən “Yer İnstitutu” tərəfindən aparılıb.

Məqsəd dünya ölkələri və region sakinlərinin xoşbəxt həyatını təmin etmək üçün onların nailiyyətlərini göstərməkdir.

Burda əsasən ölkələrin iqtisadi, siyasi, sosial, səhiyyə və digər sahələrdə inkişafı əks olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG