Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:52

Budapeşt Beynəlxalq Kitab Festivalına Azərbaycan da qatılıb


Budapeşt Beynəlxalq Kitab Festivalı

Budapeşt Beynəlxalq Kitab Festivalı

-

Budapeştdə keçirilən 22-ci Beynəlxalq Kitab Festivalında Azərbaycanda nəşr olunan çap məhsullarından ibarət milli stend nümayiş etdirilir.

Stend Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə qurulub.

Stenddə Azərbaycan mədəniyyətinə, tarixinə, Dağlıq Qarabağa ölkənin turizm potensialına və I Avropa Oyunlarına dair 200 adda nəfis tərtibatlı ingilis, rus, ərəb dillərində nəşr məhsulları və səfirliyin dəstəyi ilə macar dilində çap olunmuş kitablar sərgilənir.

Festivalda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti də təmsil edir.

Səfirliyin təşkilatçılığı ilə Eötvös Loránd adına Macarıstan Dövlət Elmi Universitetinin Humanitar elmlər fakültəsinin Türkologiya bölməsinin tələbələri ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG