Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

-

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu qızının dəfnində iştirak edə bilmək üçün həbsxanadan günün ikinci yarısında buraxılacaq.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Nemət Kərimli bildirib.

Onun dediyinə görə, Tofiq Yaqublu səhər saatlarında yola çıxmalı olsa da, Penitensiar Xidmət sənədləşmə işlərinə görə yubanma olduğunu bildirib.

Vəkil övladını itirmiş atanın azadlığa çıxmasını yubatmaqla ona mənəvi əziyyət verildiyini düşünür.

Penitensiar Xidmət Tofiq Yaqublunun dəfndə iştirak üçün azadlığa buraxılma vaxtını 3 dəfə dəyişib. Aprelin 23-də qurumdan Nemət Kərimliyə bildiriblər ki, məhkum axşam saatlarında yola çıxa biləcək. Sonradan bunun aprelin 24-də səhər saat 7-də mümkün olacağını söyləyiblər. Bunu onunla əsaslandırıblar ki, ata övladının yas mərasimində 7 gün iştirak edə bilsin.

Tofiq Yaqublunu Bakıya həbsxananın konvoyu gətirəcək.

Müsavat Partiyası başqanının müavininin 26 yaşlı qızı Nərgiz Yaqublu aprelin 23-də Rusiyada müalicə aldığı xəstəxanada vəfat edib. Cənazə Bakıya aprelin 24-də axşam saatlarında gətiriləcək.

TofiqYaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, Şəkidəki 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG