Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:27

Böyük Britaniya İntiqam Əliyevə hökmdən “dərin narahatdır”


İntiqam Əliyev

İntiqam Əliyev

-

Böyük Britaniyanin xarici işlər nazirliyi hüquqşünas İntiqam Əliyevin 7 il yarım azadlıqdan məhrum edilməsinə dair bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Birləşmiş Krallıq İntiqam Əliyevin şübhəli ittihamlarla məhkum edilməsindən sarsılıb.

“Cənab Əliyev beynəlxalq miqyasda hörmət edilən hüquq müdafiəçisidir. O, Avropa İnsan Hüquqları Məhkəməsinə işləri təqdim edən ilk vəkillərdən olub, həbsinədək Avropa Şurasının hüquqi təlim proqramının koordinatoru kimi çalışıb və Azərbaycanın hüquq sisteminə mühüm töhfə verib. İndi cənab Əliyev uzunmüddətli həbs cəzası almış hüquq müdafiəçilərinin narahatlıq doğuran siyahısına daxil olub”.

“Birləşmiş Krallıq məhkəmə prosesinin bir sıra aspektlərindən narahatdır, bu aspektlər hökmün siyasi motivli olması təəssüratını gücləndirir. Biz bir daha Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə və vətəndaş cəmiyyətilə davranışının çoxlarında doğurduğunu narahatlıqları həll etməyə çağırırıq”.

İntiqam Əliyev aprelin 22-də 7 il yarım həbs cəzası alıb. Hüquqşünas vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham olunub. Yerli və beynəlxalq hüquq müdafiəçiləri İntiqam Əliyevin həbsini siyasi sifariş hesab edir.

XS
SM
MD
LG