Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:57

ABŞ rəsmiləri: “İran gəmiləri Yəməndən uzaqlaşır”


USS Theodore Roosevelt təyyarə daşıyan gəmisi

USS Theodore Roosevelt təyyarə daşıyan gəmisi

-

ABŞ rəsmiləri bildirir ki, şiəməzhəb husi yaraqlılarına silah aparmaqda şübhəli bilinən İran gəmiləri Yəməndən uzaqlaşır.

Adları çəkilməyən rəsmilər aprelin 23-də söyləyiblər ki, doqquz gəmidən ibarət konvoy geri dönüb və şimala doğru hərəkətə başlayıb. Onlar ABŞ-ın gəmilərin kursunu izləyəcəyini qeyd ediblər.

Aprelin 21-də Prezident Barack Obama deyib ki, ABŞ hökuməti İrana Yəmənə silah çatdırılması məsələsiylə bağlı xəbərdarlıq edib.

Həftənin əvvəlində isə Ağ Ev bildirmişdi ki, USS Theodore Roosevelt təyyarə daşıyan gəmisi Yəmən sahillərinə yaxınlaşır və ABŞ-ın digər gəmilərinə qoşulacaq.

BMT-nin Təhlükəsizlik Şurası Yəməndəki husi yaraqlılarına silah embarqosu qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG