Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:05

-

ABŞ prezidenti Barack Obama 100 il öncə ermənilərin qətlini “dəhşətli qırğın” adlandırıb, ancaq “soyqırım” sözünü işlətməyib.

“Osmanlı imperiyası zamanı erməni xalqı deportasiya olunub, qətlə yetirilib,” Obama-nın aprelin 23-də yaydığı bəyanatda deyilir. “Onların qədim vətənində mədəniyyəti və irsi yerlə-yeksan edilib”.

Milyon yarımadək erməninin 1-ci dünya müharibəsi zamanı öldürülməsini bəzi ölkələr və tarixçilər “soyqırım” adlandırsa da, Türkiyə buna etiraz edir, ermənilərin daha az sayda öldürüldürüyünü, bunun xristian azlığın kökünü kəsmək məqsədilə edilmədiyini bildirir.

Obama deyib ki, onun bu məsələdə mövqeyi “dəyişməyib”.

2008-ci il prezident kampaniyası vaxtı senator Obama ermənilərin qətlini “soyqırım” adlandırmış, demişdi ki, ABŞ hökuməti “soyqırımı” tanımalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG