Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:55

Kadyrov Rusiyanın başqa yerlərindən gələn polisləri tanıımaq istəmir


Ramzan Kadyrov
Ramzan Kadyrov

Kadyrov bildirib ki, onun rəhbərlik etdiyi əyalətə onun icazəsi olmadan başqa yerlərdən gələn hüquq- mühafizə orqanları nümayəndələri ilə düşmən kimi davranılacaq.

Rusiyanın Daxili İşlər Nazirliyi Çeçenistanın başçısı Ramzan Kadyrov-un öz hüquq-mühafizə orqanlarına başqa regionlardan gələn polislərə atəş açmaq icazəsi verdiyi barədə bəyanatı yolverilməz adlandırıb.

Kadyrov bildirib ki, onun rəhbərlik etdiyi əyalətə onun icazəsi olmadan başqa yerlərdən gələn hüquq- mühafizə orqanları nümayəndələri ilə düşmən kimi davranılacaq.

Bundan əvvəl Stavrapol diyarının hüquq-mühafizə orqanları Çeçenistana axtarışda olan bir nəfərin həbsi üçün öz zabitlərini göndərmək istədiyini bildirmişdi.

İndi isə Kadyrov bildirib ki, Stavrapol polisi Çeçenistana daxil olmaq üçün icazə almayıb.

Onun sözlərinə görə, stavropollu polislər bu diyarda dağıstanlılar və yerlilər arasında düşmüş dava-dalaşın iştirakçılarını həbs etmək üçün gəlibmişlər.

Yeri gəlmişkən, stavropollu polislərin əməliyyatı nəticəsində axtarışda olan şübhəli öldürülüb.

Görünür, Çeçenistan başçısını da qəzəbləndirən elə bu olub.

XS
SM
MD
LG