Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:38

-


Sabirabad rayon sakini Elşən Rəhmanov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, ondan xəbərsiz evini sökərək yerində iri market tikiblər. Deyir, 2004-cü ildə ailəsi ilə Rusiyaya çörəkpulu qazanmağa gedəndə ağlına da gətirmirmiş ki, bir gün geri qayıdıb evinin yerində şadlıq evi tikildiyini görəcək. Ona məlum olub ki, bir sahibkar tikdirib. Deyir, əmlakına dair bütün sənədlərini toplayıb məhkəmədə iddia qaldırsa da, əmlak hüquqlarını bərpa edə bilməyib:

«MƏHKƏMƏ HEÇ NƏYİ NƏZƏRƏ ALMADI»

- Məhkəmədə iddia qaldırdıqda evin hüquqi sənədlərini, Daşınmaz Əmlakın arayışlarını, bir də rayon icra hakimiyyətinin həqiqətən də evimin uçurularaq yerində qeyri-yaşayış binası tikilməsinə dair arayışını təqdim etdim. Məhkəmə nə bu hüquqi sənədləri, nə qohumlarımın, qonşularımın şahid kimi verdikləri ifadələri nəzərə aldı. Onlar da məhkəməyə təsdiqləmişdilər ki, həqiqətən də mənim evimi traktorla uçurublar, yerində market tikiblər. Məhkəmə qərar verdi ki, guya tikilən obyektin mənim evimin sahəsinə aidiyyəti yoxdur. Beləliklə də mən yaşayış yerimdən məhrum edildim.

- Siz Rusiyadan qayıdandan sonra o sahibkarla görüşmüşdünüzmü?

- Görüşmüşdük, əvvəlcə etiraf edirdi, deyirdi ki, orda abadlıq işləri aparmışam. Dedim necə yəni abadlıq işləri aparmışam, orda mənim evim var idi, mənim evimi sökmüsən. Ancaq mən məhkəmədə iddia qaldırandan sonra hər şeyi boynundan atdı, dedi orda ev olmayıb.​

«QAPILARDA QALMIŞIQ»

- İndi harada yaşayırsınız?

​- 3 ildir mən qardaşımın, ailəm isə qaynımın evində yaşayırlar. Qapılarda qalmışıq.

Sahibkar Tural Həsənov məhkəmədə bildirib ki,sahəsi 140 kvadratmetr olan mağazanı Elşən Rəhmanovun evində yox, bir zibillik ərazisini təmizləməklə zibilliyin yerində tikib.

"Həmin mənzil 100 il əvvəl tikilib, qəzalı vəziyyətdə olub. Elşən Rusiyaya köçdükdən sonra mənzil baxımsız qaldığı üçün çöküb. Həmin daş yığnağı sonradan zibilliyə çevrilib. Bunu məhkəmədə qonşuları da təsdiqlədilər. Mən həmin ərazini alanda orada zibillik idi.

- Bəs sənədlərdə həmin yerin təyinaytı var idi? Məsələn, həmin ünvan mənzil ünvanı kimi qeyd olunurdu?

- Yox. Bircə onu bilirəm ki, zibillik idi. Mən oranı bir neçə ay ərzində təmizlədim, abad etdim.


ALİ MƏHKƏMƏ NƏ DEYƏCƏK?

Məhkəmə sahibkarın xeyrinə olan qərar çıxarıb. Rəhmanov deyir, məhkəmə qarşı tərəfin təqdim etdiyi sənədlərə əsaslanıb.

- O sənədlərə ki, guya həmin yer boş sahə olub. Ancaq məhkəmə mənim evimin Çıxarışına, başqa sənədlərinə tərəf heç gözucu da baxmadı.

Onun rayon məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti də təmin olunmayıb.

Qohum qoltuğuna sığınmış Rəhmanovlar ailəsi indi ümidini Ali Məhkəməyə bağlayıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG