Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:29

Ukrayna separatçıları hökumət qoşunlarını Mariupolda atəşə tutublar


Ukrayna qoşunları Mariupol yaxınlığındakı səngərlərdə.
Ukrayna qoşunları Mariupol yaxınlığındakı səngərlərdə.

Rusiya meylli separatçılar Ukraynanın şərqindəki strateji Mariupol portu yaxınlığında hökumət qoşunlarının mövqelərini artilleriya atəşinə tutublar.

Rusiya meylli separatçılar Ukraynanın şərqindəki strateji Mariupol portu yaxınlığında hökumət qoşunlarının mövqelərini artilleriya atəşinə tutublar.

BBC müxbiri atəşə tutulan hökumət qoşunlarının yanında olub. O bildirir ki, separatçıların bombardmanı beynəlxalq müşahidəçilər bu məntəqəni tərk edəndən az sonra baş verib.

Müxbir qeyd edir ki, partlamamış mərmilərdən biri onun ağır artilleriya qurğusundan atıldığını göstərir və bu silahlar atəşkəs rejiminə uyğun olaraq cəbhə xəttindən geri çəkilməli idi.

Ukrayna hərbçiləri belə atəşkəs pozuntularına artıq öyrəşdiklərini söyləyirlər.

ABŞ Dövlət Departamenti “birləşmiş separatçı-Rusiya qoşunlarının” təcavüzü ilə bağlı bəyanat yayıb.

Departamentin sözçüsü Marie Harf Rusiya hərbiyyəsini “Ukraynanın şərqinə əlavə hava hücumundan müdafiə raketləri gətirməkdə” ittiham edib.

Kreml bu iddialara hələlik heç bir cavab verməyib.

XS
SM
MD
LG