Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:35

Əmanətlər gələn il də qaytarılmaya bilər


Ekspertlər hesab edir ki, əmanətlərin qaytarılması 2008-ci ilə qədər uzana bilər

Ekspertlər hesab edir ki, əmanətlərin qaytarılması 2008-ci ilə qədər uzana bilər

Sovet dövründən banklarda qalan əmanətlər gələn il də qaytarılmaya bilər. Çünki, bununla bağlı qanun layihəsi tam hazır deyil. Bu barədə maliyyə naziri Samir Şərifov noyabrın 3-də Milli Məclisin bir neçə komissiyasının birgə iclasında bildirdi: «Hələ ki, səlis mexanizm-yəni qanun layihəsi tam hazır deyil. Bu məsələ yalnız buna görə ləngiyir. İş gedir, nə vaxt ki, əmanətlərin qaytarılması ilə bağlı tam səlis mexanizm hazır olacaq, o zaman da sənəd təqdim olunacaq».


Milli Məclisin İqtisadi Siyasət Məsələləri Daimi Komissiyasının sədri Ziyad Səmədzadə isə bir müddət əvvəl bildirmişdi ki, sovet dövründən qalan əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi üzərində Prezident Aparatında iş gedir və o yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə çıxarılacaq.


Bəzi ekspertlər isə hesab edirlər ki, bu proses 2008-ci ilin prezident seçkilərinə qədər uzana bilər.


2006-cı ildən dövlət büdcəsində də bu məqsədlə 50 milyon yeni Azərbaycan manatı nəzərdə tutulmuşdu. Maliyyə naziri hazır mexanizm olmadığı üçün bu vəsaitin paylanmadığını bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG