Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:30

Belarus Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir


Alyaksandr Lukashenka

Alyaksandr Lukashenka

Belarus prezidenti Aleksandr Lukashenka ölkəsinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib.

O aprelin 23-də Tbilisidə gürcüstanlı həmkarı Georgi Margvelashvili ilə görüşdükdən sonra jurnalistlərə açıqlamasında deyib ki, rəsmi Minsk Gürcüstanın suverenliyini onun beynəlxalq aləm tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində tanıyır.

Şərhçilər bunu, Krımın işğalından sonra Lukashenkadan Rusiya prezidenti Vladimir Putinə açıq siqnal olduğunu deyirlər.

Rusiya 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra, birtərəfli qaydada Gürcüstanın separatçı bölgələri Cənubi Osetiya ilə Abxaziyanı müstəqil dövlətlər kimi tanıyıb.

Bu 20 illik prezidentliyi dövründə Lukashenkanın Gürcüstana ilk səfəridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG