Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:39

Gələn həftə Bakıda Polşa məhsullarının sərgisi açılacaq


Gələn həftə Bakıda Polşanın tikinti, mebel istehsalı, qida məhsulları sahəsində ixtisaslaşmış 40-a yaxın şirkətinin iştirakı ilə sərgi açılacaq. Noyabrın 8-dən 10-a kimi davam edəcək sərgidə iki ölkənin biznes strukturları arasında müqavilələrin imzalanması nəzərdə tutulub. Bu haqda noyabrın 3-də keçirdiyi mətbuat konfransında Polşanın Azərbaycandakı səfiri Kşiştof Kraevski məlumat verdi. Səfir dedi ki, sərgi çərçivəsində iki ölkə biznes strukturları arasında müqavilələrin imzalanması da nəzərdə tutulub. Polşadan Azərbaycana tikinti texnologiyalarının tədarükü haqqında danışıqlar aparılır. İki ölkə arasında mal dövriyyəsi keçən il 50-60 milyon dollar həcmində olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG