Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:07

Çeçenistanda icazəsiz peyda olan kənar təhlükəsizlik qüvvələri yerindəcə güllələnəcək


Ramzan Kadyrov
Ramzan Kadyrov

-

Çeçenistan lideri Ramzan Kadyrovun razılığı olmadan respublika ərazisində əməliyyat keçirinən digər regionların təhlükəsizlik qüvvələri yerindəcə güllələnəcək.

Bunu aprelin 21-də Qroznıda yerli hüquq-mühavizə orqanlarının nümayəndələri ilə iclasda Ramzan Kadyrov göstəriş verib:

“Hamı bilməlidir ki, Çeçenistan respublikasının ərazisində qanun hökm sürür.Mən rəsmi şəkildə bildirirəm, əgər sizin razılığınız olmadan ərazinizdə kimlərsə peyda olsa, fərqi yoxdur istər moskvalı olsun, istərsə də stavropollu, yerindəçə atəş açın.Onlar bizimlə hesablaşmalıdır.Məsələn bizim İnquşetiyayaya gedib, orda terrorçular və ekstremistlərə qarşı əməliyyat keçirməyə haqqımız yoxdur”.

Şərhçilər deyir ki, bu Kadyrovla Rusiyanın bir sıra hüquq-mühavizə orqanları arasında münasibətlərin gərginləşməsi fonunda baş verir.

Kadyrovun belə bir bəyanatla çıxış etməsinə səbəb aprelin 19-da Qroznıda Dzhambulat Dadayev adlı bir çeçenin Stavropoldan olan polis tərəfindən öldürülməsi olub.

Kadyrov bildirib ki, artıq Çeçenistan ərazisində belə şeylər olmayacaq və belə düşünənlər səhv edirlər.

Artıq o vaxtlar, 2000-ci illər geridə qaldı, kimi istəyirlər gəlib aparsınlar-deyə o vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG