Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:01

«RussNeft» Azərbaycan neftinin istismarında iştirak edən ilk Rusiya şirkəti oldu


Rusiyanın «Russneft»Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin «Zığ» və «Hövsan» yataqlarının daxil olduğu blok üzrə noyabrın 3-də imzaladıqları sazişə görə yataqlar 25 il müddətində istismar olunacaq. Pay bölgüsünə görə isə çıxarılan neftin 75 faizi «RussNeft»ə, 25 faizi isə ARDNŞ-ə çatacaq. ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin verdiyi məlumata görə, müqavilə yatağın yerləşdiyi ərazidə ekoloji problemlərin həlli və sosial proqramları da nəzərdə tutur.


«Zığ» və «Hövsan» yataqları Abşeron yarmadasının cənub hissəsində yerləşir. İlkin hesablamalara görə, yataqlardan çıxarılacaq neft ehtiyatlarının həcmi 12 milyon ton olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG