Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:32

Elnarə Tofiqqızının ölümündə təqsirləndirilən həkimə hökm oxunub


 Elnarə Tofiqqızı

Elnarə Tofiqqızı

-

Aprelin 23-də Nəsimi rayon Məhkəməsində Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölüm işi ilə bağlı məhkəmə başa çatıb.

Məlumatı apa yayıb.

Vəkil Səməd Vəkilovun dediyinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Firuz İbrahimov 2 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

S.Vəkilov hökmdən narazı qaldıqlarını və apellyasiya şikayəti verəcəklərini bildirib.

1977-ci il təvəllüdlü Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də «Medi Sina» Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Məhkəmə-Tibbi Ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG