Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:34

Rusiya Qələbə günü barədə yenidən düşünsün


Jason Rezaian
Jason Rezaian

-

«Dünya gücləri ilə İran arasında nüvə danışıqlarını bir çoxları pozmağa çalışıb. Ancaq indi İran ədliyyəsi «The Washington Post» qəzetinin Amerika əsilli jurnalisti Jason Rezaian-ı həbsdə saxlamaqla danışıqlar mühitini daha da pisləşdirməkdədir», - bunu «The New York Times» qəzetinin redaksiya məqaləsində oxuyuruq.

Rezaian-a casusluq ittihamı irəli sürülüb. «Jason akkreditə olunmuş jurnalistdir, hətta İran prezidenti və xarici işlər naziri onu ədaləti və peşəkarlığına görə tərifləyib» - bunu qəzetin icraçı redaktoru Martin Baron deyir. O, jurnalistə qarşı ilə sürülən iddiaların əsassız olduğunu bildirib.

Məqalədə qeyd olunur ki, jurnalisti girova çevirənlər onu müvafiq prosedur qaydalarından məhrum ediblər. Hakim Rezaian-ın ailəsinin istədiyi vəkillərdən imtina edib. Və bu yaxınlarda ilk dəfə onun vəkillə görüşünə icazə verilib.

«İran liderlərinin nüvə sazişi barədə müxtəlif fikirləri ola bilər, ancaq Rezaian-nın hələ də alver predmeti kimi həbsdə saxlamasını heç cür əsaslandırmaq olmaz. Obama administrasiyası jurnalistin buraxılmasına çağırıb, ancaq bunu saziş üçün bir şərt kimi qoymayıb».

«The New York Times» yazır ki, İranın ali dini lideri Ayətulla Ali Khamenei Rezaian-in işinin sürətli və ədalətli həllinə çalışa bilər. «Bu ədalətsiz həbs ancaq İran hökumətinə etimadın mümkünsüzlüyünü göstərmək istəyənlərin marağına».

«Gazprom»
«Gazprom»

RUSİYA İŞİNDƏDİR, AVROPA İTTİHAM EDİR

«The Wall Street Journal» Avropa Komissiyasının Rusiyanın «Gazprom» şirkətinə enerji bazarını monopoliyaya aldığına görə irəli sürdüyü ittihamlardan yazır.

««Gazprom»un kiçik hissəsi dövlətə məxsus olsa da, şirkətin bazardakı dominantlığı Kremldəki ağalarına xidmət edib. 2006 və 2009-cu illərdə qışın sazağında Kiyevi cəzalandırmaq üçün Ukraynanın qazını kəsib. Buna görə də, Avropa Komissiyasının iddiası «Gazprom»un AB-yə yaratdığı strateji təhlükə fonunda mığmığaya bənzəyir».

Məqalədə deyilir ki, ən yaxşı həll «Gazprom»un rəqiblərinin Avropa qaz sənayesinə girişinə maneələri azaltmaqdır. Yəni, «Gazprom» rəqibləri qitənin böyük və işlənməmiş qaz ehtiyatlarını istismar etsinlər.

«Almaniya Rusiyadan təbii qazın 40%-ni idxal edir, ancaq özünün bir əsrlik şist qazı ehtiyatı var. Sadəcə, Berlin onun emalının bir çox formalarını qadağan edib. İngiltərənin şimalında 1.3 trilyon kubmetr şist qazı var, Uels, Şotlandiya, İngiltərənin cənub-şərqində də böyük ehtiyatlar yerləşir. Ancaq bu il parlament bu qazın istehsalına qadağaya bərabər məhdudiyyətlər qoyub. Bolqarıstan, Fransa, Lüksemburqda, Kremldən asılı digər Avropa ölkələrində də belədir.

Moskvada 9 may paradı - 2013
Moskvada 9 may paradı - 2013

«The Wall Street Journal» yazır ki, «Gazprom»un monopoliyasını daha çox neft-qaz istehsalı ilə yarmaq əvəzinə, Avropa hələ 2011-ci ildən iddia qaldırmaqla məşğuldur, bu da illərlə çəkə bilər. Ən yaxşı halda isə hüquqi sanksiyalarla nəticələnə bilər ki, Kreml də bunu əlinin üstünə vurulması kimi baxacaq. Yəni, «Gazprom»un bazarda hegemonluğu ilə müqayisədə çox yumşaq cəza olacaq.

RUSİYA QƏLƏBƏ GÜNÜ BARƏDƏ YENİDƏN DÜŞÜNSÜN

Vladislav Inozemtsev «The Moscow Times»da yazır ki, tezliklə Rusiya faşizm üzərində qələbənin 70 illiyini qeyd edəcək. «Məncə, bu ənənəni tədricən yox etməyin vaxtı çatıb», - müəllif vurğulayır.

«Yarım əsrdən çox keçib, daha bayramın ilkin səbəbləri də məqsədəuyğun görünmür. Veteranlardan çoxu vəfat edib, qalanlar da yalnız mayın 9-da diqqət görür. Təkcə əsgərlər deyil, müharibə dövrünün bütöv bir nəsli səhnədən çıxmaqdadır».

Müəllif təklif edir ki, ölkə liderləri bayramı «fərdiləşdirsinlər»:

«Qızıl Meydanda hərbi texnikanın paradını keçirməkdənsə, Kreml liderləri ciddi dövlət agentliyi yaratmalıdır – ABŞ Veteranlar Departamenti kimi bu qurum şəffaf və ictimaiyyətə hesabatlı olmalıdır. 2014-cü ildə bu agentliyin büdcəsi 152.7 milyard dollar olub, direktoru isə ABŞ hökumətində təmsil olunur».

XS
SM
MD
LG