Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:18

AB fövqəladə miqrant sammiti keçirir


İtaliya yaxınlığında miqrant gəmisi

İtaliya yaxınlığında miqrant gəmisi

-

Aprelin 23-də AB liderləri fövqəladə sammitə toplaşıb Aralıq dənizi vasitəsilə Avropaya daxil olmağa çalışan miqrantların qarşısını almağın yollarını müzakirə edəcəklər. Brüssel görüşünün bəyanat layihəsində deyilir ki, liderlər “gəmilər qaçaqmalçıların əlinə keçməmişdən onları müəyyənləşdirib, ələ keçirib məhv etmək üçün sistematik səylər göstərəcəklər”.

Gözlənir ki, AB liderləri dəniz patrullarına əlavə vəsait ayıracaqlar. Aprelin 19-da Liviya sahillərində 800-dən çox miqrant batıb. Beləliklə, bu il həlak olan miqrantların sayı 1750-ə çatıb.

İtaliya baş naziri Matteo Renzi Liviyadan olan qaçaqçılara qarşı birbaşa tədbirlərə çağırıb. Roma bildirir ki, sahillərinə yan alan miqrant qayıqlarının 90 faizi Liviyadan gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG