Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:37

Litva prezidenti deyir ki, Moldova Rusiyaya qarşı dayana bilər


Dalia Grybauskaite

Dalia Grybauskaite

-

Litva prezidenti Dalia Grybauskaite Moldovanın paytaxtına səfəri zamanı deyib ki, sabitlik və qanunun aliliyi Moldovanın Moskvanın təzyiqinə duruş gətirməsinə kömək edəcək.

Kremlin tənqidçisi olan Grybauskaite aprelin 22-də AzadlıqRadiosunun Moldova xidmətinə danışıb:

“Korrupsiyaya uğramış bəzi oliqarxlar hökumətə, mediaya qarışıb, bu, istənilən dövlət üçün yaxşı hal deyil,” Grybauskaite deyib. “Belə bir dövlətə iqtisadi sanksiyalarla təsir göstərmək çox asandır”.

Grybauskaite-nin sözlərinə görə, son 25 ildə Kremlin ölkənin enerji sektorunu hədəfləyən “böyük kampaniyalarına” məruz qalıb.

Qaz idxalı Rusiyanın Gazprom şirkətindən asılı olan Litva ötən il maye təbii qaz (LNG) terminalı tikib.

“Bu gün deyə bilərik ki, çox sağ olun – Gazprom bizə lazım deyil,” Grybauskaite deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG