Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:52

Neft Fondu aktivlərin idarə edilməsi üzrə müqavilənin qiymətini açıqladı


Foto illüstrasiya

Foto illüstrasiya

-

Azərbaycan Dövlət Neft Fondu Danimarkanın «SimCorp Ltd.» şirkəti ilə portfel idarəetmə və mühasibat sistemi üzrə müqavilənin qiymətini açıqlayıb.

8 milyon 48 min ABŞ dolları məbləğində müqavilə 2014-cü il dekabrın 26-da bağlanılıb, rəsmi məlumat aprelin 22-də verilib. Müqavilə müddəti açıqlanmır.

Müqavilə bağlananda Danimarka şirkəti məlumat verdi ki, o, Fondun əldə etdiyi qiymətli kağızları dəstəkləyəcək, gəlirləri və investisiya fəaliyyətinin alternativ idarə olunmasını təmin edəcək. Biznes funksiyalar bunlardır: portfelin, sifarişlərin idarə edilməsi və s.

«SimCorp Ltd.» 1971-ci ildə yaradılıb. Mənzil-qərargahı Kopenhagendədir. 1100 əməkdaşı və dünyada 165 müştərisi var.

Ötən ilin sonu üçün ARDNF-nin aktivləri $37 milyard 148.3 milyon olub. Bunun 80.6%-i istiqrazlar, 5.4%-i səhmlər, 2.9%-i daşınmaz əmlak, 6.9%-i pul bazarının depozit və alətləri, 5.3%-i qızıldır. Aktivlərin idarə edilməsindən gəlirlilik 1.47% olub.

Vəsaitlərin bir hissəsini 4 menecer idarə edir: DB, «Deutsche Bank Advisors», «UBS Global Asset Management» və «State Street Global Advisors» (SSgA).

2015-ci ildə Fondun investisiya portfeli (dövlət başçısının 19 yanvar 2015-ci il tarixli fərmanı) 28.2 mlrd manat (devalvasiyaya qədər) proqnozlaşdırılıb. /Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG