Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:31

Oteldə qətl törədən şəxs saxlanıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Aprelin 21-i gecə Bakıdakı «Avropa» otelində qətl törətməkdə şübhəli bilinən Sənan Quliyev saxlanıb.

Bu barədə AzadlıqRadiosuna Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən məlumat veriblər. Bildirilib ki, Sənan Quliyev aprelin 22-i gecə saatlarında saxlanıb.

Qətl hadisəsi oteldəki idman zalında olub. Burda məşq edən Azər Məmmədova ürəyindən, Ruslan Əfəndiyevə isə döş qəfəsindən bıçaq zərbəsi vurulub. A.Məmmədov aldığı xəsarətdən ölüb. R.Əfəndiyev isə xəstəxanaya aparılıb.

Hadisə zamanı ölən Azər Məmmədov «Zaminbank»ın Nəsimi rayon filialının müdiri olub. Yaralanan Ruslan Əfəndiyev isə qarışıq döyüş növləri üzrə məşqçidir.

XS
SM
MD
LG