Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:04

-

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu ombudsman Elmira Süleymanovaya çağırış edib.

O, "Facebook"da yazdığı statusunda Tofiq Yaqubluya qəzetlərin verilmədiyini deyərək ombudsmana onunla birgə həbsxanaya getməyi təklif edib.

Nigar Yaqublu statusunda Tofiq Yaqublunun qəzet oxumaq haqqını bərpa edə bilmədiyini yazır. Bildirir ki, Ombudsman Aparatı hələ də şikayəti qeydə alır, amma ortada nəticə yoxdur:

“Təklif edirəm ki, Elmira Süleymanova bu bazar mənimlə həbsxanaya getsin. Bilirəm yollar uzun,çətin və yorucudur. Amma eybi yox. Biz illərdir yollardayıq. Bir dəfə də Elmira Süleymanova getsin. Şikayəti qeydə almaq məsələni həll etmək demək deyil. Problemi həll etmək üçün cəzaçəkmə müəssisəsinə getmək lazımdır! Ombudsman Aparatı gözləməsin ki, hər şeyi biz onlara deməliyik. İnsan haqları pozulan yerdə Siz olmalısınız. Tofiq Yaqublunun haqsız yerə tutulmasını demirəm, heç olmasa qəzet məsələsini həll edin!"

Artıq bir müddətdir ki, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan siyasi məhbuslar qəzet problemlərinin həll olunmadığını deyirlər. Bildirirlər ki, onlara verilən qəzetlərdə onlara aid olan və siyasi xarakterli yazılar kəsilərək götürülür.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə bu deyilənləri inkar edir, bildirir ki, bütün məhbuslara istər rəsmi, istər müxalifət qəzetləri çatdırılır və hansısa səhifələrin kəsilib götürülməsindən söhbət belə getmir.

Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllı hadisələrinə görə saxlanıb. Ona 5 il həbs cəzası kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG