Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:22

«Freedom House» Ermənistana yardım verməməyə çağırır


Ermənistan yardımın verilməməsinə çağırılan yeddi ölkədən biridir

Ermənistan yardımın verilməməsinə çağırılan yeddi ölkədən biridir

«Freedom House» İnsan Haqlarını Beynəlxalq Müdafiə Təşkilatı Amerika hökumətinə müraciət edib ki, gələn il «Minilliyin Çağırışı» Proqramı çərçivəsində yeddi ölkəyə yardım verməsin. Bu ölkələr Ermənistan, Butan, Misir, İordaniya, Maldiv adaları, Tunis və Vyetnamdır. Səbəb də odur ki, həmin ölkələrin siyasi haqlar və mülki azadlıqlar sahəsində meyarlara cavab verməkdə göstəriciləri çox aşağıdır.

«Minilliyin Çağırışı» Korporasiyasının Direktorlar Şurası kömək göstərəcəyi ölkələri noyabrın 8-də seçməlidir. «Freedom House»un dediyi keçsə, Ermənistana verilməsi gözlənilən 300 milyon dollarlıq yardım ən azı bir il ləngiyəcək.


«Minilliyin Çağırışı» Amerika hökumətinin 2002-ci ildə təsis etdiyi proqramdır. Məqsəd yaxşı idarə olunan ölkələrə yardım göstərməkdir. «Freedom House» isə maliyyə yardımı göstərilən ölkələrin siyahısını müəyyən etməkdə bu korporasiyaya kömək edir. Azərbaycan bu proqrama üzv deyil, hələlik namizəddir.


Günün bütün mövzuları

XS
SM
MD
LG