Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:34

ABŞ: “Rusiya Ukraynada hərbi qüvvələrini gücləndirir”


Ukrayna hərbçiləri Mariupol yaxınlığında

Ukrayna hərbçiləri Mariupol yaxınlığında

-

Birləşmiş Ştatlar bildirir ki, Rusiya Ukraynanın şərqinə əlavə havadan müdafiə sistemləri yerləşdirir və atəşkəs sazişini pozaraq separatçı qüvvələrə təlim keçir.

Aprelin 22-də yayılmış bəyanatda ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf deyib ki, “bu, avqustdan bəri Rusiyanın Ukraynanın şərqinə yerləşdirdiyi ən böyük həcmdə havadan müdafiə sistemidir”.

Harf deyib ki, Rusiya Ukraynanın şərqinə ağır texnika göndərməkdədir və sərhəd boyunca qüvvələrini artırır. Onun sözlərinə görə, Rusiya və separatçılar Minsk atəşkəs sazişi ilə qadağan olunmuş ərazilərdə “böyük sayda artilleriya hissələri və raket qurğuları” saxlayır.

Fevralda Minskdə əldə olunmuş sazişdən sonra hökumət qüvvələri ilə separatçılar arasında döyüşlər səngiyib. Son bir ildə Ukraynanın şərqində 6 mindən çox ölən olub. Kiyevlə Qərb Rusiyanı separatçılara dəstək üçün əsgər və silah göndərməkdə ittiham edir, Moskva bunu yalan adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG